Türkiyə klubu rusiyalı futbolçunun müqaviləsini ləğv etdi

11:15 - 07 Noyabr 2022

Türkiyə klubu rusiyalı futbolçunun müqaviləsini ləğv etdi

Türkiyənin "Adana Demirspor" klubu Rusiya millisinin futbolçusu Artyom Dzyuba ilə yollarını ayırıb.

 

Manset.az "NTV Spor"a istinadən xəbər verir ki, 34 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, Artyom Dzyuba avqustda Adana təmsilçisi ilə 1+1 illik müqavilə imzalamışdı. Forvard komandanın heyətində meydana çıxdığı 5 qarşılaşmada 1 qolla yadda qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az