Xersonda təxliyə başa çatdı: Sonuncu gəmi Dnepr sahilindən ayrıldı - FOTO

20:35 - 07 Noyabr 2022

Xersonda təxliyə başa çatdı: Sonuncu gəmi Dnepr sahilindən ayrıldı - FOTO

“Xersonda son gəmi Dnepr çayının sağ  sahilindən ayrıldı. Mütəşəkkil evakuasiya çərçivəsində Xerson şəhərindən son gəmi vilayətin sol sahilinə çıxdı”.

 

Manset.az xəbər verir ki, bu barədə Ukraynanın işğal olunmuş Xerson şəhərinin “vitse-qubernatoru” Kirill Stremousov öz “Telegram” kanalında məlumat verib.

“Noyabrın 7-də insanları sol sahilə apara biləcək sonuncu gəmi Xerson vilayətinin sağ sahilindən yola çıxdı”, - deyə  Stremousov qeyd edib.

O əlavə edib ki, bundan sonra şəhərdən çıxmaq istəyənlər özləri sərbəst şəkildə təxliyə oluna bilərlər.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az