Yanan gecə klubunun azərbaycanlı sahibinin “Vahid Rusiya” partiyasına üzvlüyü dayandırıldı

20:45 - 07 Noyabr 2022

Yanan gecə klubunun azərbaycanlı sahibinin “Vahid Rusiya” partiyasına üzvlüyü dayandırıldı

“Vahid Rusiya” partiyasının Rəyasət Heyəti partiyanın etika komissiyasının tövsiyəsi əsasında yanan “Poliqon” gecə klubunun sahibi Kostroma Vilayət Dumasının deputatı İxtiyar Mirzəyevin üzvlüyünün dayandırılması barədə qərar qəbul edib.  

 

Manset.az xəbər verir ki, bu barədə bazar ertəsi partiyanın mətbuat xidməti məlumat yayıb.

“Bu qərar faciənin xüsusilə ağır nəticələrini və sonradan yaranmış geniş ictimai rezonansı nəzərə alaraq qəbul edilib”, - məlumatda deyilir.

Həmçinin, qeyd olunub ki, İxtiyar Mirzəyevin iclasdakı çıxışı zamanı “Vahid Rusiya”dakı üzvlüyün dayandırılması ilə bağlı şəxsi bəyanatı da nəzərə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az