Rusiyalı qadın “Molotov kokteyli” ilə hərbi komissarlığı yandırmağa cəhd etdi

22:55 - 07 Noyabr 2022

Rusiyalı qadın “Molotov kokteyli” ilə hərbi komissarlığı yandırmağa cəhd etdi

Anqarskda yaşlı yerli sakin hərbi komissarlığın binasını yandırmağa cəhd edib.

 

Manset.az xəbər verir ki, hadisə 2022-ci il noyabrın 7-də axşam saatlarında baş verib.

Məlumata görə, 60-70 yaşlarında olan qadın 17-ci Mikrorayon küçəsində yerləşən binaya yaxınlaşaraq 3 ədəd “Molotov kokteyli” atıb. lakin onların heç biri alovlanmayıb.

Yanğın törətmək cəhdində şübhəli bilinən şəxs artıq həbs edilib. Qadının kimliyi və hərəkətlərinin motivləri hələlik açıqlanmayıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az