Türkiyədə terror aktında xəsarət alanların sayı 81 nəfərə çatıb.
Manset.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib.
O, qeyd edib ki, terror aktını qadın törədib.
“Hücumçu bombanı partladan qadın olub. Nəticədə 6 nəfər ölüb, yaralıların sayı 81 nəfərə çatıb, yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir”, - Fuad Oktay bildirib.
Hadisə terror aktı kimi qiymətləndirilir.
***
Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölən və yaralananlar var.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya bildirib.
Vali qeyd edib ki, yaralı sayı 11 nəfərdir.
Hadisə yerinə polis, səhiyyə, xilasetmə qrupları cəlb edilib.
***
Türkiyənin İstanbul şəhərində turistlər üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış baş verib.
Manset.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
Taksim meydanı yaxınlığında qeydə alınan partlayışın səbəbi məlum deyil.
Çoxlu sayda yaralının olduğu bildirilir.