İstanbuldakı terror aktını PKK-nın törətdiyi iddia olunur.
Manset.az xəbər verir ki, bu barədə Zəfər Partiyası başqan yardımçısı Adem Taşkaya məlumat verib.
Onun sözlərinə görə, “Taksimdəki partlayışı edən Jiyan Tosun adında PKK-lı kürd terrorçudur”.

***
OdaTV İstanbulun mərkəzində baş verən partlayışda şübhəli bilinən qadının fotosunu yayıb.
Manset.az xəbər verir ki, jurnalistlərin sözlərinə görə, bu qadın çiynindəki çantanı İstiqlal küçəsində qoyaraq ərazidən uzaqlaşıb.
Sonradan məhz həmin yerdə partlayış baş verib.
