Ukrayna ordusu daha bir yaşayış məntəqəsini AZAD ETDİ

23:53 - 13 Noyabr 2022

Ukrayna ordusu daha bir yaşayış məntəqəsini AZAD ETDİ

Ukrayna hərbçiləri noyabrın 13-də Luqansk vilayətinin Krasnoreçensk icmasının Makeyevka kəndi üzərində nəzarəti bərpa ediblər.

 

Manset.az xəbər verir ki, bu barədə “RBC-Ukraina”da məlumat yayılıb.

"Luqansk vilayəti cəbhəsindən xəbərlər: Svatovsk rayonunun Krasnoreçensk qəsəbə icmasında yerləşən Makeyevka kəndi "mavi zonaya" keçir. Ukrayna hərbçiləri qəsəbəyə nəzarəti bərpa ediblər", - məlumatda deyilir.

Noyabrın 5-də bildirilib ki, Luqansk vilayətinin Svatovski rayonunun Makeyevka kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin atəşə tutması nəticəsində Rusiyanın Voronej vilayətindən səfərbər olunmuş batalyonu zərərsizləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az