Səfərbərlik prosesində səhvlərə yol verildiyini və bunların düzəldilməsi lazım olduğunu bildirən Putin yeni qərar qəbul edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya lideri Ukraynanın ilhaq edilmiş iki regionunda universitet tələbələrinin səfərbərliyini dayandırıb.
Rusiyanın nəzarətində olan Donetsk və Luqanskdakı universitet tələbələri bundan sonra Rusiya hərbi xidmətinə çağırılmayacaq.
Kremlin sözçüsü Dmitriy Peskov RİA Novosti-yə bildirib ki, Putin tələbələrə “tərxis olunmağı” və onların evə qayıtmasını təşkil etməyi tapşırıb.
Peskov əlavə edib ki, tələbələr indi evə göndəriləcək və təhsillərini davam etdirəcəklər.