Rusiya və ABŞ Ankarada gizli görüş keçirdi – ŞOK İDDİA

15:16 - 14 Noyabr 2022

Rusiya və ABŞ Ankarada gizli görüş keçirdi – ŞOK İDDİA

Rusiyanın “Kommersant” qəzeti Rusiya və ABŞ nümayəndələrinin Ankarada görüşdüyünü yazıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu gün Ankarada Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşdüyünü qeyd edən qəzet, görüşdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin də iştirak etdiyini yazıb. Daha əvvəl ictimaiyyətə açıqlanmayan görüşün məzmunu ilə bağlı mənbələr ətraflı məlumat verməyib.

Görüş xəbərləri ilə bağlı Kremldən də açıqlama verilib. Kremlin sözçüsü Dmitri Peskov Ankaradakı danışıqlarla bağlı iddianı nə təsdiq, nə də təkzib edə bilməyəcəyini bildirib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az