Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İndoneziyanın Bali şəhərində keçiriləcək G20 Liderlər Zirvəsi öncəsi İndoneziya ilə Türkiyə arasında ətraf mühit və müdafiə sənayesi kimi bir çox mövzuda əməkdaşlıq müqaviləsinin imzalandığı mərasimdə iştirak edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çavuşoğlu burada çıxış edərək, “Nazir Subianto, başsağlığı sözlərinə və İndoneziya hökumətinin və xalqının bizimlə həmrəyliyinə görə çox sağ olun. Əmin olun, cinayəti törədənlər, terrorçular və terrorçuların arxasında duranlar cavab verəcəklər. Ölkəmizdə və qonşu bölgələrdə terrorçuları məhv etməyə davam edəcəyik” – deyib.