Rusiya zooparkının sahibi Xersondan heyvanları qaçırıb – Ukrayna

17:03 - 14 Noyabr 2022

Rusiya zooparkının sahibi Xersondan heyvanları qaçırıb – Ukrayna

Ukrayna Rusiya zooparkının sahibinin heyvanları Xersondan qaçırdığını iddia edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Krımdakı Tayqan Aslan Parkının sahibi Oleq Zubkovun Xerson zooparkından 7 yenot, iki dişi canavar, bir hind tovuz quşu, bir lama və bir eşşək oğurladığı iddia edilir.

Zubkov heyvanların Krıma aparılmasını “insani borc” kimi qiymətləndirərək, Rusiya Xersonu geri aldıqdan sonra heyvanların şəhərə geri göndəriləcəyini bəyan edib.

Ukrayna Müdafiə Nazirliyi rəsmi Tvitter hesabında görüntüləri paylaşaraq, "İşğalçılar Xersonda hər şeyi oğurlayıblar" - deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az