Bu gün İndoneziyanın Bali adasında keçirilən B20 konfransına qatılan milyarder iş adamı İlon Mask həftənin 7 günü gecə-gündüz işlədiyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mask, Asiyada bir çox iş adamının "Şərqin İlon Maskı" olmaq istədiyi şərhinə "İstəiyinizdə diqqətli olun" - cavabını verib.
O, həftənin 7 günü səhərdən axşama kimi canla-başla işlədiyini deyib: “Şübhəsiz ki, mənim çox iş yüküm var. Nə istədiyinizə diqqət edin. Nə qədər insanın mənim kimi olmaq istədiyini bilmirəm. Mən olmağı arzusunda olduqları kimi olmaq istəyirlər. Bu, həqiqətən mən olmaqla eyni deyil. Mən qaranlıqda, şamların əhatəsində otururam. Açığı, özümə çox işgəncə verirəm”.
Mask, Tesla və SpaceX-in baş direktoru, beyin-kompüter interfeysi üzərində işləyən Neuralink və tunel vençur şirkəti Boring Company-nin müdiridir. Həmçinin, yeni satın aldığı Twitter-də etmək istədiyi bir çox dəyişikliklə də mübarizə aparır.