Kayseri vilayətində 76 yaşlı Əli Rıza Topçu mübahisə zamanı böyük qardaşı Abdullah Topçunun həyat yoldaşı Fatma Topçunu balta ilə öldürüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Əli Rıza Topçu bu gün saat 11:00 radələrində böyük qardaşı Abdullah Topçu və həyat yoldaşı Fatma Topçunun yaşadığı Melikqazi rayonunda yerləşən 2 mərtəbəli villaya gəlib.
Əli Rıza Topçu ilə gəlinləri olan Fatma Topçu arasında naməlum səbəbdən mübahisə düşüb. Müzakirə zamanı Əli Rıza Topçu əlindəki balta ilə onun başına zərbə endirib.
Hadisəni görən böyük qardaş Abdulla Topçu da infarkt keçirib. Xəbərdarlıq üzərinə ünvana polis və sağlamlıq qrupları sövq edilib. Gələn sağlamlıq qrupları, Topçu cütünün həyatını itirdiyini təyin etdi. Cinayət şübhəlisi Əli Rıza Topçu polis qrupları tərəfindən nəzarətə alındı. Hadisə yerində aparılan araşdırmalardan sonra Topçu cütlüyünün cəsədləri Kayseri Dövlət Xəstəxanasının meyitxanasına aparılıb.