Uqandada ana 10 aylıq körpəsini diri-diri basdırıb.
Manset.az xarici mediaya istinadən bildirir ki, övladının atası ilə fikir ayrılığı olan 20 yaşlı Şeron Anyanqo bir neçə dəfə 10 aylıq uşağını öldürməyə cəhd edib.
Uşağını kanalizasiyaya atmaq istəyən Şeron Anyanqonun qarşısını qonşular alıb.
Daha sonra körpəsi ilə birlikdə yoxa çıxan Anyanqonun uşağını yaşadığı Busia rayonunun Luhalali kəndində hardasa basdırdığı məlum olub.
Hadisə yerinə gələn polis 10 aylıq körpənin cəsədini yerin altında tapıb.
Ekspertiza nəticəsində uşağın boğularaq öldüyü müəyyən edilib.
Polis hadisədən sonra itkin düşən ananı tapmağa çalışır.