“Sülh müqaviləsinin Rusiya variantı Bakı ilə danışıqlar üçün əsas ola bilər”- Paşinyan

20:20 - 14 Noyabr 2022

“Sülh müqaviləsinin Rusiya variantı Bakı ilə danışıqlar üçün əsas ola bilər”- Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevlə görüşündə bəyan edib ki, Moskvanın təqdim etdiyi təkliflər Azərbaycanla gələcək danışıqlar üçün əsas ola bilər.

 

Manset.az xəbər verir ki, bu barədə bazar ertəsi Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçidə keçirilmiş üçtərəfli görüşünün nəticələrini, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini müzakirə ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az