Türkiyənin Muğla şəhərində dəhşətli cinayət baş verib.
Manset.az xəbər verir ki, 33 yaşlı Selim Akyüz inşaatda birlikdə işlədiyi 36 yaşlı Mustafa Cömerti və dini nikahla yaşadığı Azərbaycan əsilli 28 yaşlı Nazıfa Mustafayevanı bıçaqlayıb.
Hadisə nəticəsində Mustafa Cömert ölüb, qadın isə ağır yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Polislər Selim Akyüzi yaxalayıblar. O, məhkəmədə ifadə verərkən bildirib ki, iş yoldaşının günahı üzündən mübahisə yaranıb.
“Bütün günahlar Mustafadadır. Mən Nazıfa ilə dini nagahla evlənmişdim. Əməlimdən peşmanam”, - deyə Selim Akyüz bildirib.
Məhkəmənin qərarı ilə Selim Akyüz 27 il 9 ay azadlıqdan məhrum edilib.