Putin Ukrayna müharibəsi ilə bağlı saxta xəbərlər yayan Rusiya vətəndaşları üçün təklif irəli sürüb. Təklif qanuna çevrilərsə, müxalif ruslar üçün çətin günlər başlayacaq.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin aprel ayında qəbul edilən Rusiya vətəndaşlığı haqqında qanuna vətəndaşlığın ləğvi və ona qarşı cinayətləri əks etdirən düzəlişlər təklif edib. Təklif olunan qanuna əsasən, Rusiya Ordusu haqqında “saxta xəbərlər” yaymaqda və ya ordunu “diskreditə etməkdə” təqsirli bilinən şəxslərin vətəndaşlığı ləğv edilə bilər. “Rusiyanın ərazi bütövlüyünü pozmağa” çağırış edənlər və “arzuolunmaz” təşkilatlara mənsub olanlar da Rusiya dövləti tərəfindən vətəndaşlıqdan məhrum edilə bilər.
Vətəndaşlığın ləğvi ilə cəzalandırılan cinayətlərin genişləndirilmiş siyahısı da hazırdır: ictimaiyyəti radikal fikir ayrılığına sövq etmək, Rusiya bayrağını təhqir etmək, terrorizm, dövlət məmurunun həyatını təhdid etmək və narkotik, insan alveri.
Qeyd edilib ki, bu qanun dəyişikliyi anadangəlmə Rusiya vətəndaşlarını əhatə etməyəcək, yalnız sonradan Rusiya vətəndaşlığını almış şəxsiyyət vəsiqəsi sahibləri üçün keçərli olacaq.
Rusiyalı deputatlar yeni qanun layihəsini tez bir zamanda parlamentdən keçmək və imza üçün Putinin masasına qoymaq qərarına gəliblər.