ABŞ-da yerləşən e-ticarət şirkəti “Amazon” bu həftə kütləvi ixtisar planlaşdırır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik ilə “Amazon” qlobal işçi qüvvəsinin 3 faizinə bərabər olan 10 min insanı işdən çıxarmağa hazırlaşır.
İşdən çıxarılmaların, süni intellektlə işləyən virtual köməkçi “Alexa” kimi məhsulların daxil olduğu insan resursları, pərakəndə satış və cihazlar departamentindən olacağı və bu həftə başlaması gözlənildiyi qeyd edilib.
Amazon hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, bu, 1994-cü ildə qurulandan bəri ABŞ şirkətinin ən böyük ixtisarı olacaq.
Qlobal iqtisadi qeyri-müəyyənliklərlə üzləşən şirkətlər xərclərini azaltmaq və işə qəbulu dayandırmaq üçün addımlar atmağa məcbur olurlar.
Dünyada artan inflyasiya və pisləşən makroiqtisadi mənzərə şirkətləri yeni vəziyyətə uyğunlaşmağa məcbur edir.