1973-cü ildə dünyanın ən yaxşı universitet professorları tərəfindən yaradılan superkompüter dünyanın 2020-ci ildə iqlim böhranına girəcəyini və qiyamətin tarixini təyin edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 1973-cü ildə bir araya gələn dünyanın ən yaxşı professorları bu suala cavab vermək üçün superkompüter hazırlayıblar.
Superkompüter dünyada iqlim dəyişikliyinin vəziyyətinə əsaslanaraq apokalipsislə bağlı proqnozlar verməyə başlayıb.
Professorların yaratdığı kompüter 2020-ci ilə qədər dünyada iqlim böhranının olacağını proqnozlaşdırmışdı və o, bu proqnozunda yanılmayıb. Onun yeni proqnozu eşidənləri təşvişə salıb.
Kompüter hansı ilin dünyanın sonu olacağını təxmin edib:
"Bir çox insanın "Apokalipsis" adlandırdığı hadisə 2050-ci ildə dünyanın iqlim böhranına girdiyi zaman yaşanacaq. 2050-ci ilə qədər dünya yaşanmaz hala gələcək".