ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) fələstinli jurnalist Şirin Əbu Aklehin İsrail qüvvələri tərəfindən başından vurularaq öldürülməsi ilə bağlı araşdırmalara başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail FTB-nin təhqiqatında ABŞ-la əməkdaşlıq etməyəcəyini açıqlayıb.
İsrailin müdafiə naziri Benni Qantz sosial media hesabından verdiyi açıqlamada istintaqı İsrailin daxili işlərinə müdaxilə kimi qiymətləndirərək, “Biz ABŞ nümayəndələrinə İsrail əsgərlərinin arxasında olduğumuzu və heç bir xarici güclə əməkdaşlıq etməyəcəyimizi açıqladıq. ABŞ Ədliyyə Nazirliyinin Şirin Əbu Aklehin bədbəxt ölümünü araşdırmaq qərarı böyük səhvdir. İsrail Müdafiə Nazirliyi (IDF) müstəqil və peşəkar araşdırma aparıb, təfərrüatları ABŞ rəsmiləri ilə paylaşılıb” - deyib.