Blinken dünya çempionatını izləmək üçün Qətərə yollanır

16:13 - 15 Noyabr 2022

Blinken dünya çempionatını izləmək üçün Qətərə yollanır

ABŞ Dövlət katibi Antoni Blinken Qətərdə keçiriləcək dünya çempionatında iştirak edəcək.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, o, ABŞ komandasının noyabrın 21-də Uelslə keçiriləcək oyununu izləyəcək.

Bu barədə rəsmi mənbə məlumat verib.

Bildirilib ki, Blinkenin həmçinin Qətər rəsmiləri ilə görüşü də planlaşdırılır. Detallar barədə məlumat verilmir.

Qeyd edilib ki, noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək çempionatda Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin də iştirakı nəzərdə tutulur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az