Putinin masajçısı Rusiyadan QAÇDI

17:40 - 15 Noyabr 2022

Putinin masajçısı Rusiyadan QAÇDI

Rusiyada Putinə yaxın insanlar ölkədən qaçmaqda davam edir. Putinin masajçısının da ölkədən qaçdığı məlum olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkədən qaçan masajçı ilə bağlı diqqətçəkən detallar gündəmə gəlib.

Britaniya mətbuatı Putinin ən yaxın adamlarından olan “xüsusi masajçı”nın Belarusa qaçdığını yazıb. Bildirilib ki, masajçı iyul ayında oğlunun maşını ilə ölkədən qaçıb, 4 gün sonra isə onun 29 yaşlı oğlu “müəmmalı səbəblərdən” ölü tapılıb.

Masajçının müəmmalı şəkildə qaçmasından sonra Rusiya hakimiyyəti onun investisiya şirkətlərindəki payları ilə bağlı hərtərəfli araşdırmaya başlayıb. Onun şirkətlərinə mənimsəmə ittihamı ilə basqın olunacağından qorxaraq Belarusa getdiyi güman edilir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az