Rusiyanın Ukraynanı raket atəşinə tutması nəticəsində bir sıra şəhər və vilayətlərdə elektrik enerjisi kəsilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Kiyevdə daha bir çoxmərtəbəli yaşayış binasına raket düşüb.
Bundan başqa, raketlərdən biri Xarkovdakı mühüm əhəmiyyətli infrastrukturu hədəf alıb, metronun hərəkəti dayandırılıb.
Məlumatda həmçinin Jitomırın tamamilə, Lvov, Rivne və digər şəhərlərin qismən elektrik enerjisiz qaldığı bildirilib.
Hazırda Kiyev, Xarkov, Vinnitsa, Kovel, Jitomır, Lvov, Poltava, İvano-Frankovsk, Ternopol, Krivoy Roy, o cümlədən digər şəhər və vilayətlərdə partlayışların baş verdiyi qeyd olunub.
***
Rusiya Ukraynanı yenidən raket atəşinə tutub, onlardan ikisi paytaxt Kiyevdəki yaşayış binasına düşüb.
Manset.az xarici mediaya stinadən xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri paytaxt üzərində bir neçə raketi vurub.
Hadisə yerinə xilasedicilər və təcili tibb yardım briqadaları cəlb olunub.