Ukrayna müharibəsində xidmət edən rus əsgərinin sinəsinə “partlamamış qumbara” ilişib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna ordusunun avtomatik bombardman sistemi ilə həyata keçirdiyi hücumda Ukraynada xidmət edən 41 yaşlı rus əsgəri Nikolay Pasenkonun sinəsinə “partlamamış qumbara” ilişib. Bomba onun onurğası yaxınlığında ilişib və Pasenkonun ağciyərlərinə ziyan vurub.
Həkimlərin öz həyatlarını riskə atdıqları mühüm əməliyyat qoruyucu geyim və partlama riski olan əlavə cərrahlar ilə hazır əməliyyat otağında həyata keçirilib. Qumbaranın çıxarıldığı əməliyyat uğurla keçib. Tibbi ədəbiyyata daxil olacaq əməliyyat Rusiyada mütəxəssis cərrahlar tərəfindən həyata keçirilib.
Hadisədən sonra xəstəxanaya aparılan əsgər bombanın partlama riski olduğundan həkimlərin həyatını riskə atmamaq üçün əməliyyatdan imtina edib. Lakin sonradan rus hərbçiləri həkimləri razı salıblar. Pasenkonu xilas etmək üçün öz həyatlarını riskə atan cərrahlar hər an qumbaranın partlama riskinə baxmayaraq əməliyyat etmək qərarına gəliblər.
Partlayıcı mütəxəssislərlə təşkil edilən əməliyyatda həkimlər qoruyucu geyim və hərbi zireh geyinib. Digər tərəfdən, partlayış zamanı əməliyyat zamanı əlavə cərrahların olduğu ikinci əməliyyat otağı da olub. Əməliyyat nəticəsində həkimlər bombanı ilişdiyi yerdən uğurla çıxarıblar. Çətin əməliyyatın partlama riski səbəbiylə böyük ehtiyatla aparıldığı öyrənilib.
Bildirilib ki, əməliyyat zamanı bomba partlarsa, həkimlər qoruyucu geyimə baxmayaraq, böyük ehtimalla həyatlarını itirəcəkdilər.
"Müayinə zamanı məlum olub ki, partlamamış hərbi sursat möcüzəvi şəkildə onun qabırğalarını və ağ ciyərlərini deşərək ürəyə yaxın, aorta ilə aşağı vena kava arasında, onurğa beyninə yaxın yerə yerləşdirilib", - nazirliyin hadisə ilə bağlı açıqlamasında bildirilir.
“Buna baxmayaraq, hərbi həkimlər mülki həmkarları ilə birlikdə tibbi xalatların altına bədən zirehi geyinərək bu son dərəcə mürəkkəb əməliyyatı həyata keçiriblər”, - nazirlik bildirib.
Rus əsgər həyatını xilas edən həkimlərə minnətdar olduğunu qeyd edib; Rusiya Müdafiə Nazirliyi də hərbi həkimləri təbrik edib.