Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul etməsini pisləyib.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, Türkiyə lideri qeyd edib ki, bu sənəd Azərbaycanın suverenliyinə qəsddir.
Ərdoğan bəyan edib ki, Azərbaycan heç kimin torpaqlarına iddia etmir, BMT-nin və ATƏT-in qətnamələrinə baxmayaraq, Ermənistan tərəfindən təxminən 30 il əvvəl işğal olunmuş öz ərazilərini azad edib.
“Minsk qrupunun həmsədr ölkəsi olan Fransa parlamentində qəbul edilən qərar tam bir fəlakət və rəzalətdir”, - Türkiyə prezidenti vurğulayıb.
O, həmçinin beynəlxalq ictimaiyyəti bu qətnaməni qəbul edən fransız parlamentarilərinin hərəkətlərinə cavab verməyə çağırıb.