Bu ölkə gənclər arasında geniş yayılmış gülüş qazını QADAĞAN EDƏCƏK

12:57 - 16 Noyabr 2022

Bu ölkə gənclər arasında geniş yayılmış gülüş qazını QADAĞAN EDƏCƏK

Hollandiya hökuməti 2023-cü il yanvarın 1-dən gənclər arasında geniş istifadə edilən və müxtəlif sağlamlıq problemlərinə səbəb olan gülüş qazını (azot oksidi) qadağan etmək qərarına gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, adətən ekstazi və ya ketamin kimi dərmanlarla birlikdə qəbul edilən gülüş qazı gənclər tərəfindən xüsusilə festivallarda, konsertlərdə, şənliklərdə geniş istifadə olunur.

Asılılıq problemləri ilə məşğul olan Hollandiya Trimbos İnstitutunun məlumatına görə, festivala gələnlərin 37 faizi, əksəriyyəti gənclər, müntəzəm olaraq gülüş qazından istifadə edir.

Gülüş qazı istifadəçilərdə qısa müddətli həvəs və rahatlıq yaradır. Tez tapılan və ucuz olan gülüş qazı Hollandiyada uzun müddətdir qanuni olaraq satılır.

Bununla belə, istifadəçilərin beyninə və orqanizminə mənfi təsirləri səbəbindən gülüş qazın satışının qadağan edilməsi bir müddətdir müzakirə olunur.

Hollandiya Dövlət Şurası iyul ayında gülüş qazının əyləncə məqsədi ilə tibbi istifadəsi arasında fərq qoyulmasını tövsiyə edib.

Səhiyyə, Rifah və İdman Nazirliyi bu tövsiyəyə uyğun olaraq gülüş qazının 1 yanvar 2023-cü il tarixindən etibarən qadağan olunmuş maddələr siyahısına daxil ediləcəyini açıqlayıb.

Bu tarixdən etibarən qazın əyləncə məqsədi ilə saxlanması və satışı qadağan ediləcək.

Azot oksidinin tibbi və texniki məqsədlər üçün istifadəsi davam etdiriləcəkdir. Gülüş qazı qadınların doğuş ağrılarını azaltmaq və ya diş həkimləri tərəfindən anesteziya üçün lazımlıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az