Səhiyyə mütəxəssisləri pandemiyadan sonra yaranacaq sağlamlıq problemlərini müzakirə edərkən daha bir yeni iddia ortaya atılıb. Kovid-19 pandemiyasından sonra bəşəriyyəti böyük xərçəng dalğasının gözlədiyini deyən mütəxəssislər əllərindəki məlumatları paylaşıblar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, səhiyyə mütəxəssisləri təcili tədbirlər görülməsə, Avropada xərçəng hallarının sürətlə artacağı barədə xəbərdarlıq ediblər.
2019-cu ildə Çinin Uhan şəhərində başlayan və bütün dünyanı təsir altına alan Kovid-19 virusunun yaratdığı zəifliklərin xərçəng xəstəliyinin böyük artımına səbəb olacağı bildirilib.
Mütəxəssislər pandemiyanın arzuolunmaz nəticələrindən birinin bu dövrdə səhiyyə xidmətlərinin yalnız Kovid-19 araşdırmasına yönəldilməsi və xərçənglə bağlı araşdırmaların zəifləməsi olduğunu vurğulayıblar.