ABŞ generalı İrəvana gəldi

13:23 - 16 Noyabr 2022

ABŞ generalı İrəvana gəldi

ABŞ-ın Avropa Komandanlığının Strategiya, Planlaşdırma və Siyasət üzrə direktoru general-mayor Daniel Lasiki İrəvana gəlib.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Noyabrın 16-17-də səfər çərçivəsində general-mayor Ermənistanın müdafiə naziri Suren Papikyan, Baş Qərargah rəisi Edvard Asryan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəcək. ABŞ-Ermənistan təhlükəsizlik münasibətləri və regional təhlükəsizlik məsələlərini müzakirə ediləcək. O, həmçinin Ermənistanın sülhməramlı qüvvələrinin “Zar” təlim mərkəzinin yeni kazarma, yeməkxana və konfrans zalının açılış mərasimində iştirak edəcək”, - məlumatda deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az