“Rusiya ordusunda fərarilik halları artıb” - Ukrayna Baş Qərargahı

14:20 - 16 Noyabr 2022

“Rusiya ordusunda fərarilik halları artıb” - Ukrayna Baş Qərargahı

“Ukraynanın Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində hərbi əməliyyatların aparılması zamanı xeyli itkilər verdiyinə görə işğalçı qüvvələrin bölmələrində fərarilik halları tez-tez baş verir və mənəvi-psixoloji vəziyyət xeyli pisləşib”.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” hesabından yaydığı məlumatda bildirilib.

“Mayorsk qəsəbəsi ərazisində gedən döyüşlərdən sonra 1-ci Qorlovski ərazi batalyonu döyüş qabiliyyətini itirib. Orada 50-dən çox ölü və yaralı var, hərbçilərin əhval-ruhiyyəsi qənaətbəxş deyil. Düşmən komandanlığı sözügedən bölməni dağıdıb, şəxsi heyətin qalıqları digər hərbi hissələrə paylanıb”, - deyə qeyd edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az