Çörəyin içindən 2000 narkotik həb tapıldı – FOTO

14:39 - 16 Noyabr 2022

Çörəyin içindən 2000 narkotik həb tapıldı – FOTO

Meksikada ənənəvi çörəyin içərisində gizlədilmiş 2000 fentanil həbi tapılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Meksika Milli Qvardiyası Sinaloa əyalətində narkotik kartellərinə qarşı əməliyyat keçirildiyini açıqlayıb.

Əməliyyatda ənənəvi çörəyin içinə gizlədilən narkotik maddə kimi istifadə edilən 2000 ədəd fentanil həbinin ələ keçirildiyi qeyd edilib.

Səlahiyyətlilər bildiriblər ki, narkotik kartelləri ənənəvi Meksika məhsullarını maskalamaqla narkotikləri çatdırmağa çalışırlar.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az