Polşa Rusiyaya NOTA VERDİ

15:35 - 16 Noyabr 2022

Polşa Rusiyaya NOTA VERDİ

Polşa, ərazisinə atılan raketlə bağlı Rusiyaya nota verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Polşanın xarici işlər naziri Zbiqnev Rau Rusiyanın Varşavadakı səfiri Siergiej Andriejew-i təcili olaraq Xarici İşlər Nazirliyinə çağırıb.

Səfirdən Rusiya istehsalı olan raketlə bağlı dərhal açıqlama verilməsi tələb edilib.

Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukaş Jasina jurnalistlərə açıqlamasında xarici işlər naziri Zbiqnev Raunun Rusiya səfiri ilə görüşünün “rəvan, sakit və əl sıxmadan” keçdiyini bildirib. Lukasz Jasina görüşün 4 dəqiqə davam etdiyini və nazir Raunun Rusiya səfiri Siergiej Andriejew-ə bütün hadisələri və Polşanın hadisə ilə bağlı fikirlərini ehtiva edən diplomatik nota verdiyini bəyan edib.

Rusiya səfirinin görüş zamanı bir kəlmə də danışmadığı, yalnız naziri dinlədiyi açıqlanıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az