Rusiya Federal Təhlükəsizlik Xidməti diplomatik statuslu polşalı qadını spirtli içkilərin ixracı üçün rüşvət qarşılığında saxta sənədlər hazırlamaq ittihamı ilə saxlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya səlahiyyətliləri Beynəlxalq İqtisadi Əməkdaşlıq Bankında Strateji Planlaşdırma və İnkişaf Departamentinin direktoru olduğu bildirilən Malgorzata Boksznajderin 20 min avro rüşvət alarkən cinayət başında yaxalandığını açıqlayıb.
Polşalı qadınla birlikdə 3 Rusiya vətəndaşı da saxlanılıb.
Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina məsələnin Polşa diplomatiyası ilə heç bir əlaqəsi olmadığını bildirib.