NATO Polşaya atılan raketin Ukraynaya aid olduğunu açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, NATO-nun baş katibi Stoltenberq məsələ ilə bağlı, "Polşada baş verən partlayış böyük ehtimalla Ukraynanın hava hücumundan müdafiə sisteminə məxsus raketlə törədilib. Amma burada heç bir qəsd yoxdur, Polşada baş verənlər Ukraynanın günahı deyil. Əlimizdə olan dəlillər bunun qəsdən edilmiş hücum olmadığını göstərir. Rusiyanın hər hansı şəkildə NATO-ya hücum etməyə hazırlaşdığına dair heç bir işarə yoxdur. Rusiya bu mənasız müharibəni dayandırmalıdır. NATO tərəfdaşları razılaşdılar ki, biz ayıq, sakit və sıx koordinasiyada qalmalıyıq. Ukrayna müharibəsi NATO ərazisində xoşagəlməz nəticələr verə bilər” - deyib.