Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında konsensus əldə edə biləcəklərinə ümid etdiklərini bildirib.
Manset.az xəbər verir ki, Paşinyan iclasda KTMT ilə Azərbaycan arasındakı əlaqəyə münasibət bildirib.
“Ümid edirik ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçiriləcək iclasında konsensus əldə edə biləcəyik. Məqsədimiz KTMT ilə Azərbaycan arasında müharibəyə səbəb olmaq deyil. Biz KTMT-nin bu vəziyyətdə hansı siyasi mövqe tutduğunu anlamaq istəyirik”, - deyə o parlamentdə çıxışı zamanı qeyd edib. /Oxu.az