Məşhur model 2000-ci illərin əvvəllərində dəvətə hazırlaşarkən qulaqlarından narahat olub və qulaqlarını yapon yapışqanı ilə başına yapışdırıb, sonra xəstəxanaya yerləşdirilib.
Manset.az xəbər veri ki,2000-ci illərin məşhur modeli olan Doğa Bekleriz qulaqlarının böyüklüyünü bəyənmədiyinə görə yapon yapışqanı ilə qulaqlarını başına yapışdırıb. 2000-ci illərin əfsanəvi modellərindən olan Doğa Bekleriz bir müddət karyerasını arxa plana keçirərək özünü ailəsinə və övladlarına həsr edib.
2007-ci ildə podiumlarla vidalaşan Doğa Bekleriz 2014-cü ildə radikal bir qərarla Mersinə köçüb və ticarətə başlayıb.