Mask “Twitter” əməkdaşlarına ultimatum verdi

21:05 - 16 Noyabr 2022

Mask “Twitter” əməkdaşlarına ultimatum verdi

Amerikalı iş adamı və “Twitter”in yeni sahibi İlon Mask şirkət işçilərinə yaxın gələcəkdə iş həcmini artırmağa hazırlaşmağı və ya işdən çıxmağı təklif edib.

 

Manset.az xəbər verir ki, o, əməkdaşlarına şirkətdə qalmaq və ya işdən çıxmaq üçün öhdəlik imzalamalı olduqlarını bildirilib.

“Yeni “Twitter”in bir hissəsi olmaq istədiyinizə əminsinizsə, lütfən, aşağıdakı linkdə “Bəli” düyməsini klikləyin”, - təşkilatdakı hər kəsə göndərilən e-poçtda deyilir. Məktubda qeyd olunur ki, sabah saat 17:00-a qədər sənədi imzalamayan hər kəs üç aylıq işdən çıxma pulu verilərək yola salınacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az