2-ci ölüm hökmü: Etirazlar daha da alovlandı...

21:43 - 16 Noyabr 2022

2-ci ölüm hökmü: Etirazlar daha da alovlandı...

Paytaxt Tehranda Məhsa Eminin ölümündən sonra başlayan etirazlara qatılan və “iğtişaş törətməkdə” günahlandırılan bir çox nümayişçinin məhkəməsi davam edərkən, Tehran İnqilab Məhkəməsi daha bir nəfəri edam cəzasına məhkum edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyində dərc olunan xəbərdə, “İstintaq prosesinin ədalət və qanun əsasında sürətlə başladığı, müttəhimlərin mühakiməsinin davam etdiyi” bildirilib. 

Bazar günü Tehran İnqilab Məhkəməsi tərəfindən müttəhimlərdən birinin edam cəzasına, 5 müttəhimin isə 5 ildən 10 ilə qədər həbs cəzasına məhkum edildiyini xatırladan xəbərdə, Tehran İnqilab Məhkəməsinin daha bir nümayişçiyə "odlu silahsız, silahlı hücuma səbəb olduğu" bildirilib. Onun “dövlətə müharibə elan etmək” cinayətinə görə ölüm cəzasına məhkum edildiyi bildirilir.

Bu qərarla Mahsa Emini etirazlarında iştirak etdikləri üçün edama məhkum edilənlərin sayı ikiyə yüksəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az