"Ya bunu qəbul edin, ya da gedin” - İlon Mask işçilərinə şərt qoydu

11:43 - 17 Noyabr 2022

\"Ya bunu qəbul edin, ya da gedin” - İlon Mask işçilərinə şərt qoydu

Twitter-i 44 milyard dollara satın alan İlon Musk işçilərinə e-poçt göndərərək çox çalışmalı olacaqlarını bildirib.

 

Manset.az Bakupost-a istinadən xəbər verir ki, İlon Mask bununla razılaşmayan işçilərin 3 aylıq əmək haqlarını alaraq işdən çıxa biləcəklərini deyib.

O, Twitter-in rəqabət aparması üçün gərgin və saatlarla çalışmağın lazım olduğunu qeyd edib.

Mask cümə axşamı ABŞ vaxtı ilə saat 17:00-a qədər məktuba cavab verməyən hər kəsin istefasını qəbul edəcəyini söyləyib.

Sonda o, işçilərə Twitter-ə verdikləri töhfələrə görə təşəkkür edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az