BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Dikarlo bildirib ki, ukraynalılar son vaxtlar 9 aydır davam edən müharibənin ən şiddətli bombardmanlarına məruz qalıblar. O, BMT-nin Ukraynada insan haqları pozuntularını araşdırmaq üzrə müvafiq komissiyasının ilin sonuna kimi ölkəyə ikinci səfəri planlaşdırdığını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Dikarlo, mülki şəxsləri və mülki infrastrukturu hədəf alan hücumların beynəlxalq hüquq çərçivəsində qadağan edildiyini vurğulayıb:
“Ukraynanın Müstəqil Beynəlxalq Təhqiqat Komissiyası bu iddia edilən pozuntulara görə Ukrayna daxilində və xaricində davam edən araşdırmalarını davam etdirir. Komissarların ilin sonuna qədər Ukraynaya növbəti səfəri planlaşdırılır”.