Dağıstanın keçmiş hökumət başçısını avtomobil vuraraq öldürdü

13:20 - 06 Yanvar 2023

Dağıstanın keçmiş hökumət başçısını avtomobil vuraraq öldürdü

Dağıstanın keçmiş hökumət rəhbəri Maqomed Abdullayevi avtomobil vurub. Nəticədə 61 yaşlı kişi ölüb.

 

Manset.az xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, qəza Mahaçqalada baş verib. Sabiq hökumət başçısı yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən VAZ-21214 markalı minik maşını onu vurub. Ağır xəsarətlər alan Abdullayev xəstəxanaya çatdırılıb, ancaq həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Maqomed Abdullayev 20 fevral 2010-cu ildən 2013-cü il yanvarın 30-dək Dağıstan Respublikası hökumətinin rəhbəri vəzifəsini icra edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az