ABŞ-ın Ayova ştatında magistral yolda baş verən zəncirvari yol qəzasında iki nəfər ölüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ayova ştatında polis rəsmiləri bildiriblər ki, 9-u yük maşını olmaqla 15 avtomobilin iştirakı ilə zəncirvari qəza buzlaşmanın olduğu əyalətlərarası magistralda baş verib.
Rəsmilər qəzada 2 nəfərin öldüyünü, çoxlu sayda insanın yaralandığını bildirib.
Qəzadan sonra magistral yolun ən azı 8 saat bağlı qaldığını qeyd edən səlahiyyətlilər, sürücülərə yol şəraitini nəzərə almaları barədə xəbərdarlıq edib.
Manşet.az