Çin hökumətini tənqid etdikdən sonra planları alt-üst olan məşhur milyarder Cek Ma “Ant Group” maliyyə şirkətinə nəzarətdən imtina etmək qərarına gəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Onlayn ödənişlər və kredit şirkəti Ant Group-un verdiyi açıqlamada bildirilib ki, Ma-nın şirkətdəki 50 faizdən çox olan səs payı 6,2 faizə qədər azalacaq.
2020-ci ilin noyabr ayında Ant Group 37 milyard dollarlıq kütləvi təklifin (IPO) astanasında idi. Şirkətin sahibi, çinli iş adamı Cek Ma həyatının ən uğurlu işini həyata keçirmək üzrə idi. Lakin Ma-nın Çinin tənzimləyici qurumlarını tənqid edən bəyanatından sonra işlər qəfil dəyişdi.
Bu çıxışdan sonra Pekin rəhbərliyi Ant Group-un IPO prosesini dayandırdı və Ma-nın e-ticarət şirkəti Alibaba rəqabət qanununu pozduğuna görə cərimələndi. Bundan sonra da Ma-nın Çin əvəzinə Yaponiyanın paytaxtı Tokioda yaşamağa üstünlük verdiyi mediada yayılmışdı.
Manşet.az