Səudiyyə Ərəbistanından həccə gedənlərə ŞAD XƏBƏR

10:10 - 10 Yanvar 2023

Səudiyyə Ərəbistanından həccə gedənlərə ŞAD XƏBƏR

Səudiyyə Ərəbistanı Covid-19 ilə bağlı həcc ziyarətinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həcc ziyarəti pandemiyadan əvvəlki dövrə qayıdıb. Səudiyyə Ərəbistanı 3 ildən sonra Covid-19 pandemiyasına görə həcc ziyarətində tətbiq olunan yaş və kvota məhdudiyyətini aradan qaldırıb.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Tevfik ər-Rabiah açıqlamasında həcc ziyarətində tətbiq edilən məhdudiyyətləri xatırladıb və həccin “kvota və heç bir yaş məhdudiyyəti olmadan pandemiyadan əvvəlki dövrə qayıdacağını” bildirib.

Bu il iyunun 26-dan iyulun 1-dək keçiriləcək həcc ziyarətində 2019-cu ildə təxminən 2,5 milyon Səudiyyə Ərəbistanı vətəndaşı, 2020-ci ildə min Səudiyyə Ərəbistanı vətəndaşı, 2021-ci ildə 60 min Səudiyyə Ərəbistanı vətəndaşı, 2022-ci ildə 780 mini əcnəbi olmaqla, cəmi 900 min adam qəbul edildi.

Covid-19 səbəbiylə Səudiyyə Ərəbistanı zəvvar namizədlərindən 65 yaşdan aşağı olmalarını, Covid-19 peyvəndi olmalarını və testin mənfi nəticəsini tələb edirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az