İngiltərədə böyük məyusluq: Tarixi missiya uğursuz oldu

10:33 - 10 Yanvar 2023

İngiltərədə böyük məyusluq: Tarixi missiya uğursuz oldu

Böyük Britaniyadan orbitə peyk göndərmək üçün ilk cəhd uğursuz olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkənin cənub-qərbində yerləşən Kornuolda keçirilən sınaq, Virgin Orbit şirkətinin Boeing 747 təyyarəsi tərəfindən peykləri daşıyan raketi müəyyən yüksəkliyə qaldırması planlaşdırılmışdı.

Kosmosun tədqiqində buna "üfüqi buraxılış" deyilir. Əvvəlcə raketin Atlantik okeanı üzərindən təyyarəni tərk edərək orbitə uğurla çıxdığı açıqlanıb.

Lakin 28 dəqiqə sonra şirkət raketdə problem olduğunu bildirilib. Açıqlamada raketin peykləri tərk edə bilməyəcəyi qeyd edilib.

9 peykin itdiyi güman edilir. Böyük Britaniya Kosmik Agentliyinin buraxılış direktoru Matt Arçer problemin raketin yuxarı hissəsində olduğunu söyləyib.

Arçer ikinci mərhələdə işə salınması nəzərdə tutulan mühərrikdə texniki problem olduğunu və raketin orbitə çıxa bilmədiyini və uğursuz buraxılışın araşdırılacağını bildirib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az