Çindən viza qadağası

12:25 - 10 Yanvar 2023

Çindən viza qadağası

Cənubi Koreya, artan Covid-19 hadisələri səbəbiylə Çindən gələn səyahətçilərdən Covid-19 testi tələb etdikdən sonra Çin də cavab olaraq viza ilə bağlı addım atıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çin Cənubi Koreyadan ölkəyə gələn sərnişinlər üçün qısamüddətli vizaları dayandırıb.

Çinin Cənubi Koreyadakı səfirliyindən edilən açıqlamada Cənubi Koreyadan Çinə gedən sərnişinlərin qısa müddətli vizalarının dayandırıldığı açıqlanıb. Səfirlik bildirib ki, bu qərar Çinin Cənubi Koreyadan gələn səyahətçilərə tətbiq etdiyi "ayrı-seçkilik məhdudiyyətləri" səbəbindən qəbul edilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az