NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun mənzil-qərargahında Avropa Komissiyasının sədri Ursula von der Leyen və Avropa İttifaqının sədri Şarl Mişel ilə görüşüb.
Manşet.az xəbər verir ki, birgə mətbuat konfransında bildirib ki, onlar NATO ilə Avropa İttifaqı arasındakı tərəfdaşlığı növbəti səviyyəyə çıxarmaq əzmindədirlər:
"NATO-Avropa İttifaqı tərəfdaşlığı Finlandiya və İsveç NATO-ya tamhüquqlu üzv olduqda və onların iştirakı ilə daha da vacib olacaq. NATO Avropa İttifaqı vətəndaşlarının 96 faizini və əvvəlkindən daha çox ərazisini qoruyacaq".
Avropa Komissiyasının sədri Leyen bildirib ki, Rusiya- Ukrayna müharibəsinin başlayandan bəri Avropa İttifaqı-NATO əməkdaşlığı güclənib:
"Bu gün biz yeni birgə bəyannamə ilə əməkdaşlığımızı növbəti səviyyəyə qaldırırıq. Biz əla əməkdaşlığımızı dərinləşdirəcək və genişləndirəcəyik”.
Davud