ABŞ prezidenti Co Bayden ofisində tapılan “məxfi sənədlər”lə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bayden şəxsi kabinetində “məxfi sənədlərin” tapıldığını və sənədlərin nədən ibarət olduğunu bilmədiyini, öyrəndikdən sonra təəccübləndiyini açıqlayıb. O, vəkillərinin "etməli olduqlarını etdiklərini" və Milli Arxivlər və Qeydlər İdarəsinə (NARA) məlumat verdiklərini söyləyib. Həmçinin, prosesin tezliklə başa çatacağına ümid etdiyini bildirib.
Manşet.az