Ankarada kritik zirvə: Ukrayna və Rusiya görüşdü

13:45 - 11 Yanvar 2023

Ankarada kritik zirvə: Ukrayna və Rusiya görüşdü

Ukrayna və Rusiya Ombudsmanları Türkiyə Ombudsmanı Şeref Malkoçun sədrliyi ilə iki ölkə arasında yaralı və əsgər mübadiləsi ilə bağlı “birləşmə dəhlizi” açmaq üçün bir araya gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ankarada keçirilən “21-ci əsrdə insan hüquqlarının gələcəyi” mövzusundakı konfrans çərçivəsində, Türkiyə-Rusiya-Ukrayna ombudsmanları uşaq və insan haqları, yaralı və əsgər mübadiləsi ilə bağlı yol xəritəsinin müəyyən edilməsi üçün üçtərəfli iclas keçirib.

Türkiyə Ombudsmanı Şeref Malkoçun sədrliyi ilə Ukrayna Ombudsmanı Dr. Dmitri Lubinets və Rusiya Federasiyasının Ombudsmanı Tatyana Moskalkovanın iştirak etdiyi görüş mətbuata qapalı keçirilib. Görüşdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop da iştirak edib. İclasdan sonra mətbuat mənsublarına bir qiymətləndirmə gözlənilir.

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az