Böyük Britaniyada fevralın 1-də 100 min insan aksiya keçirəcək

10:23 - 12 Yanvar 2023

Böyük Britaniyada fevralın 1-də 100 min insan aksiya keçirəcək

Böyük Britaniyada İctimai və Kommersiya Xidmətləri Birliyi 124 dövlət idarəsindən olan 100 min üzvünün maaş və iş təhlükəsizliyi kimi məsələlərlə bağlı mübahisələrə görə fevralın 1-də tətil edəcəyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İngiltərədəki ikirəqəmli inflyasiya rəqəmlərinə uyğun gəlməyən maaş artımları səbəbiylə səhiyyədən nəqliyyata qədər bir çox sektorda tətillər gündəmdədir.

"Biz hökumətə xəbərdarlıq etmişik ki, onlar bizi dinləməsələr, münaqişə daha da böyüyəcək və biz sözümüzün üstündə dayanırıq" - Dövlət və Kommersiya Xidmətləri Birliyinin baş katibi Mark Servotka bildirib.

Servotka əlavə edib ki, bu gün bir nazirlə görüşəcək və üzvlərə daha çox pul təklif olunarsa, mübahisə həll oluna bilər.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az