2 nəfər təyyarədən “artıq çəki” səbəbindən endirildi

14:51 - 12 Yanvar 2023

2 nəfər təyyarədən “artıq çəki” səbəbindən endirildi

İranın paytaxtı Tehranın Mehrabad hava limanında uçmağa hazırlaşan sərnişin təyyarəsində 2 sərnişin "artıq ağırlıq" səbəbi ilə endirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sərnişinlərdən biri baş verənlərlə bağlı aviaşirkətə sərt reaksiya verib:

"Tehran-Hürem Abad reysinə hazırlaşan sərnişin təyyarəsində çox ağırlıq olduğu əsas gətirilərək iki könüllüdən təyyarədən enmələri istənildi. 2 saat təyyarədə gözlədik. Mən və başqa bir sərnişin düşdük və təyyarə Mehrabad hava limanından qalxdı. Aviaşirkət bilet satışı zamanı lazımi qədər diqqətli olmalı, təyyarənin vəziyyətini və sərnişinlərin sayını hesablamalı idi”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az